Hazırlıq kursları – peşəkar və təcrübəli müəllimlər tərəfindən yüksək keyfiyyətlə tədris olunur. Kurslarımız, sizi qəbulun müsahibə mərhələsində ən yüksək səviyyədə uğur qazanmağa hazırlamaq məqsədini güdür. İxtisaslı müəllimlərimiz praktiki və nəzəri bilikləri ən müasir tədris metodları ilə birləşdirərək sizin inkişafınıza dəstək olacaq. Kurs proqramı əvvəlcədən tərtib olunur və test mərhələsi üçün 3 aylıq, müsahibə mərhələsi üçün isə 2 aylıq nəzərdə tutulmuşdur.

Dərslər – dərslər həftədə 2 dəfə olmaqla, hər biri 120 dəqiqə davam edir. Tədris müddətində həm onlayn, həm də əyani iştirak imkanları mövcuddur. Hər iki formada dərslərimiz interaktiv və dinamik şəkildə təşkil olunur, beləliklə, dərsdən ən yüksək faydanı əldə etmək mümkündür. İlk dərs ödənişsiz həyata keçirilir. Hər dərsin sonunda kuiz təşkil olunur, bu isə biliklərinizi dərhal möhkəmləndirməyə kömək edəcək.

Sürətli tədris proqramı – kurslarımız xüsusi hazırlanmış intensiv tədris proqramı əsasında həyata keçirilir. Bu proqram, mürəkkəb mövzuları daha sadə və anlaşıqlı şəkildə izah edir, iştirakçıların qısa müddətdə vacib məlumatları mənimsəmələrini təmin edir. İntensiv yanaşma sayəsində, qısa zaman ərzində ən yüksək nəticələri əldə edə bilərsiniz. Hər ay mövzu sınaq imtahanı və imtahana 1 ay qalmış ümumi sınaq imtahanı təşkil olunur.

İlk dərs sınaq dərsidir – bu fürsətdən istifadə edərək kursun keyfiyyətini birbaşa qiymətləndirə bilərsiniz. Sınaq dərsi sizin üçün ödənişsizdir və dərsə qatılaraq, müəllimlərin tədris keyfiyyətini və dərs mühitini yaxından görəcəksiniz. Bu sizə qərar vermədən əvvəl kursla tanış olmaq imkanı yaradacaq.