Dövlət qulluğu hazırlığı – peşəkar müəllimlər və güclü tədris sistemi ilə təşkil olunur. Kursumuz sizi test və müsahibə mərhələlərində uğurla iştirak etməyə hazırlamaq məqsədi daşıyır. Tədris proqramı həm praktiki, həm də nəzəri bilikləri əhatə edir və iştirakçılara dövlət qulluğuna qəbul prosesində üstünlük qazandıracaq.

Tədris prosesi – dərslər interaktiv şəkildə təşkil olunur və iştirakçının biliyini dərhal yoxlamağa imkan verən testlər və tapşırıqlarla zənginləşdirilir. Tədris boyu müxtəlif formatlı kuizlər və tapşırıqlar vasitəsilə irəliləyiş mütəmadi olaraq qiymətləndirilir.

Effektiv nəticə üçün – kursumuzda keçirilən dərslər dövlət qulluğunun imtahan strukturu və tələblərinə uyğun tərtib olunur. Müxtəlif mövzular üzrə sınaq imtahanları və tapşırıqlar təqdim olunur ki, iştirakçılar öz səviyyələrini yoxlaya və təkmilləşdirə bilsinlər.

İlk dərs ödənişsizdir – iştirakçılar ilk dərsdə ödənişsiz şəkildə iştirak edərək tədris keyfiyyətinə əyani şəkildə şahid ola bilərlər. Bu imkan sizə qərar vermədən əvvəl kursla tanış olmaq fürsəti təqdim edir.